Fransa siyasəti tamamilə yalan bataqlığına düçar olub - Tural-İsmayılov - ÖZƏL

"Fransa bu gün dünyada neomüstəmləkəçiliyi davam etdirən tək-tük ölkələrdəndir". 

Bu fikirləri  Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"Bu ölkə qlobal imperializmin əsas mərkəzlərindəndir. Fransanın hansı üzü qalıb ki, dünyaya hansısa siyasi məsələlərlə bağlı təklif versin? Fransa Senatı tamamilə provokasiya və manipulyasiyanın girdabındadır. Rəsmi Paris ölkədə güclənən radikal neonasist siyasətini əyani şəkildə yaymağa davam edir. Artıq Fransanın imkanları tükənib, erməni lobbisinin oyuncağına çevrilən Fransa Senatı Azərbaycan və Türkiyə düşmənliyi edir. Belə ikiüzlü siyasi sistemin daşıyıcılarının Azərbaycana hansısa məsələdə "məsləhət" vermək haqqı yoxdur. Fransa da, onun imperialist dairələri də Azərbaycandan hər bir mövzuda çox şey öyrənə bilər".

Ekspert bildirib ki, son 30 ildə Fransa höküməti beynəlxalq hüququ heçə sayaraq Ermənistanın işğalçılıq siyasətini müdafiə edib. Və rəsmi Paris öz bədnam əməllərini bu gün də davam etdirir. Ona görə də Fransa ilə Azərbaycan arasında münasibətlər heç də arzuolunan səviyyədə deyil. Nə yazıq ki, Fransa Ermənistandan Azərbaycana qarşı bir təsir vasitəsi kimi istifadə edir. Qarabağla bağlı beynəlxalq hüququ bərpa etməyimiz işğalçı zehniyyətləri ciddi narahat edir. Fransa da, onun müxtəlif siyasi institutları da obyektiv gerçəkliyi həzm edə bilmir.
STM-in sektor müdiri əlavə edib ki, 21-ci əsrdə dünyaya istilaçı və kolonialist mövqelərdən yanaşmaq insan hüquqları və bəşəri dəyərlər prizmasından rəzalətdir. Coğrafi olaraq Fransaya heç bir aidiyyəti olmayan Qarabağ ermənilərindən siyasi maskarad yaratmağa çalışan Fransa Kaledoniya, Korsika, Mayotda ədalət prinsiplərini kobud tapdalayır. Fransanın bütün bəşəri və insani dəyərləri tapdalayaraq, beynəlxalq hüququ manipulyasiya etmək cəhdləri hər keçən gün daha da ciddiləşir. Fransa bütün beynəlxalq platformalarda Ermənistandan rupor kimi yararlanmağa çalışır. Fransada Ermənistanı Fransanın Qafqaza çıxış qapısı kimi görürlər. Məcburi şəkildə Ermənistanı istismar edərək onu Rusiya forpostluğundan çıxarmağa cəhdlər edirlər. Bu kontekstdə də Fransa Senatı ildə bir neçə dəfə şou göstərməyə cəhdlər edir.
Politoloq qeyd edib ki, Fransa belə başa düşür ki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması Fransanın gələcəkdə Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istifadə etmək meyarlarını azalda bilər. Buna görə də Fransa aqressiv şəkildə anti-azərbaycan mövqe tutmağa davam edir.

Qeyd  edək ki,  Fransa  senatının yanvarın 17-də   Azərbaycanı  pisləyən və  ermənilərin  Qarabağa qayıtmaq  hüququnu  tələb  edən  qətnamə  qəbul  edəcəyi  haqqında məlumatlar. yayılıb. Xəbərə  görə qətnamədə  Azərbaycana  qarşı  sanksiyaların  tələbi  də  olacaq
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31