2024-cü ildə ilk dəfə olaraq qalib ölkənin prezidenti seçiləcək- Deputat

"2024-cü ildə ilk dəfə olaraq qalib ölkənin prezidenti seçiləcək. Vətən müharibəsində qazandığımız Qələbə seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Çünki Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili hər zaman önəmli rol oynamışdır". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin üzvü Hicran Hüseynovanın sözlərinə görə, Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi: "Hətta heç bir seçki prosesində  nailiyyət qazanmayan bəziləri bu ərazilərin az qala heç vaxt azad olmayacağını və ya tam azad olmayacağını  deyirdilər. Lakin zaman göstərdi ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin qoyduğu strateji əsasları daha da inkişaf etdirən, onu  gücləndirən Yeni Azərbaycan Partıyasının Sədri İlham Əliyev  qarşıya qoyulan bütün məqsədlərə nail olur. Ən vacib  vəzifə isə ərazi bütövlüyünün və suverenliyimizin təmin olunması, ölkə iqtisadiyyatının inkişafı, xalqın rifah halının yaxşılaşdırılması, regionda və beynəlxalq aləmdə  Azərbaycanın söz sahibi olması idi.

Xalqımız bunu çox gözəl anlayır və hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verir. Çünki İlham Əliyevin ölkəmizə rəhbərliyi uzunmüddətli sabitlik vəd edir. Xalqın ona inamı  sonsuzdur. O, ölkəmizə edilən təzyiqlərə qarşı qətiyyətli, prinsipial mövqe göstərir və dövlətimizin maraqlarını ən üst səviyyədə müdafiə edir. Cənab İlham Əliyev Azərbaycana qarşı bəzi qlobal aktorlar tərəfindən müəyyən təzyiq cəhdlərinə qarşı təmkin və soyuqqanlılıqla adekvat tədbirlər görmək gücündədir. Çünki  o,  bu təsirlərin haradan gəldiyini, digər qlobal risklərin hansı şəkildə yarana biləcəyini və  buna qarşı mübarizə aparmaq qaydalarını da bilir.  Mən bütün seçicilərimizi prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram! Əminəm ki, belə də olacaq. Qalib xalqın Qalib Lideri yenə də zəfər çalacaq! Bu, xalqımızın Zəfəri olacaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31