Qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən lider olacaq- ÖZƏL

Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib. "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin üzvü, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib: "İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən lider olacaq. Verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider-İlham Əliyev olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31