XİN Gürcüstan vətəndaşının Bakıda partlayışda öldüyünü təsdiqlədi

Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində Gürcüstan vətəndaşının həlak olmasını təsdiqləyib.

Olaylar.az bildirir ki, XİN yerli KİV-ə açıqlamasında həlak olan şəxsin ailə üzvləri ilə əlaqədə olduğu bəyan edilib.

"Gürcüstan vətəndaşının həlak olması faktı təsdiqlənib. Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi mərhumun ailə üzvləri ilə əlaqədədir", - məlumatda bildirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31