Biz olduğumuz yerdən niyə geri çəkilməliyik?-Elşad Həsənov- ÖZƏL
16 Yanvar 2024 11:30 Siyasət"Artıq uzun müddətdir ki, sülh müqaviləsi layihəsi üzərində iş gedir. Biz düzəlişlər edib onlara, onlar da bizə göndərirlər. Nəhayət, yanvarın 4-də Ermənistan tərəfi öz düzəlişlərini edərək bizə göndərdi."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib.
"Ermənistan Parlamentinin sədri Alen Simonyan Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibənin bəzi məqamlarına fikir bildirib və İlham Əliyevin ritorikasını sülh danışıqları məntiqindən kənar adlandırıb. Bu onun düşüncəsidir, ona elə gəlir. Amma Azərbaycan Prezidentinin dediyi hər bir söz faktlara, real gerçəkliyə əsaslanır. Bu da təbii ki, Ermənistan tərəfinin xoşuna gəlmir. Onların irəli sürdüyü "güzgü", yəni qarşılıqlı geriçəkilmədən danışılır. Biz olduğumuz yerdən niyə geri çəkilməliyik? Biz öz sərhədimizdə, tutduğumuz mövqedəyik. Onlar özlərinin xeyrinə olan məsələləri bildirirlər. Təbii ki, ordakı maddələr və tezislər həm Azərbaycana, həm Ermənistana aiddir. Tək Azərbaycana, ya tək Ermənistana yox, hər iki ölkəyə aiddir. Onun dediyi dəhliz məsələsi ki, danışıqlarda bu haqda məsələ olmadığını bildirir. Təbii, sülh danışıqlarında dəhliz məsələsi yoxdur, bu aydındır. Ancaq bu dəhliz məsələsi 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannamənin 9-cu bəndində öz əksini tapıb. Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirmək üçün dəhlizin açılması. Həmin sənədi Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan imzalayıblar. Onlar hətta 4-cü bəndi də yerinə yetirmədilər. Bunu da Azərbaycan antiterror tədbirləri ilə həll etdi. Ermənistanın qeyri-qanuni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarıldı. Qalıb indi 9-cu bənd. Biz inanırıq ki, 9-cu bənd də öz həllini tapacaq, dəhliz açılacaq. Çünki, Ermənistanın başqa yolu yoxdur. Birincisi, bəyannamədə qol çəkib. İkincisi, bu Ermənistan üçün vacib məsələdir. Üçüncüsü, Ermənistan razı olmayandan sonra biz İran ərazisindən Naxçıvana yeni yol çəkirik, bu haqda işlər gedir. Biz İranla müqavilə bağlayıb, yolu çəkməyə başlayandan sonra Ermənistan rəhbərliyi, Amerika, ABŞ Dövlət Departamentinin sədr müavini Ceyms Obrayn bildirdi ki, bu yol mütləq Ermənistan ərazisindən keçməlidir, yoxsa biz mane olacayıq. Cənab Prezident dediyi kimi, biz 3 ildi bunu tələb edirdik, etmirdilər. Biz İran ərazisindən o yolu çəkməyə başladıq. Razıyıq ki, Zəngəzur dəhlizi açılsın, bu bizə məqbuldur. Çünki, bu yol əvvəl dəmiryolu, şose olub. Bu yolun genişləndirilməsi, 43 km ərazinin yenidən düzəldilməsi çox vacibdir. Bu haqda da hətta Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri öz çıxışında bildirdi ki, həmin yol 2028-ci ilə hazır olacaq. Bundan sonra yenə də İranın Ermənistandakı səfiri tez bəyanət verərək bildirdi ki, bu İranın "qırmızı" xəttidir. Yəni, hələ bu haqda danışıqlar gedir. Alen Simonyan düz deyir ki, sülh müqaviləsi layihəsində ekstraterritorial dəhlizlə bağlı heç bir bənd yoxdur. Çünki, sülh müqaviləsində dəhliz məsələsi göstərilmir. Amma bu 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda göstərilib".