Fransa ölkəmizə qarşı bütün təsir rıçaqlarını işə salıb

Makron ermənilərdən artıq ermənilik edir 

Beynəlxalq aləmdə irticaçı dövlət kimi tanınan Fransa olan-qalan nüfuzunu da itirmək üzrədir. Müstəmləkə siyasətinə üstünlük verən dövlətlərin önündə gedən "Firəngistan" artıq təbii sərvətlərini istismar etdiyi ölkələrdən qovulmağa başlanıb. Üstəlik bu dövlətin prezidenti kürsündə əyləşdirilən Makron ümumiyyətlə müasir beynəlxalq münasibətlər sistemindən xəbərsiz görünür. Erməni disaporasının diktəsi ilə xarici siyasətini quran Makron sanki "Parisi partlatmaq" öhdəliyini üzərinə götürüb. İndi əli hər yerdən üzülən Fransa Cənubi Qafqazda nüfuz sahibi omaq iddiasına düşüb. Əslində, Fransa bu istəyini Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı ilk illərdə açıq-aşkar ortaya qoymuşdu. ATƏT-in Minsk qrupunun həmsədri statucunu əldə etmək üçün bu ölkənin sabiq prezidenti Jak Şirakın ümummilli lider Heydər Əliyevə verdiyi vədlərə indi Makron xilaf çıxır. 

Yanvarın  10-da yerli  telekanallara  müsahibə  verən  Prezident İlham Əliyev  bu məsələyə də toxunub. Dövlət başçısının söylədiklərindən bəlli olur ki, Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi yeni fakt deyil. Sadəcə, zaman-zaman, şəraitə uyğun, leqal və qeyri-leqal şəkildə qərəzli münasibətlər özünü büruzə verib:    "Fransa Prezidenti Jak Şirak uzun müddət atamı Fransanın həmsədrliyinə razı salmaq istəyirdi və o, bundan imtina edirdi. Sonradan Prezident Şirakla keçirdiyim görüşlər əsnasında o, dəfələrlə onu necə razı salmaq istədiyini və Fransanın neytral olacağını vəd etdiyini xatırladırdı. Həmçinin mənim qarşımda əlavə edirdi ki, bu vədi atamın həyatda olmadığı vaxtda da yerinə yetirir. Mən bunu həmişə müsbət qəbul edirdim. Ancaq zahirən də, ümumilikdə, bütün bunlar onun dediyi kimi təsir bağışlayırdı. Hərçənd bilmirəm ki, pərdə arxasında nələr baş verirdi, lakin son vaxta qədər balans zahirən saxlanılırdı. Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar - populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük".

Məlumat üçün qeyd edək ki, Fransa İkinci Qarabağ müharibəsində əsil xislətini ortaya qoydu. Belə ki, Ermənistana açıq şəkildə siyasi, hərbi, maliyyə dəstəyi verən bu ölkə Azərbaycana qarşı təsir imkanlarını işə saldı. Hər qarış torpaq, hər rayon, hər kənd, hər yüksəklik azad edildikcə Fransa özünü çox narahat hiss edirdi. Ermənistanın məğlubiyyətini həzm edə bilməyən Makron prezident İlham Əliyevlə danışmaqdan ötrü telefondan asılı qalmışdı: "Münasibətlərin gərginləşməsinə gəlincə, bu, artıq İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti dəfələrlə, hətta deyərdim ki, bu ifadəni işlətmək mümkündürsə, həddindən çox dəfələrlə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi. Detallara varmaq istəmirəm, çünki bu danışıqlar məxfi xarakter daşıyırdı, lakin danışdığımız məsələlərin bir hissəsi artıq ictimaiyyətə məlumdur. Hər halda onlar heç nəyə nail ola bilmədilər və müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da  Fransa,  Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı".

Çox təəssüf ki, Fransa hazırda da ölkəmizə qarşı iyrənc və qərəzli siyasətini davam etdirməkdədir. Ermənilərdən artıq ermənilik edən Makron bütün təsir rıçaqlarını işə salıb. Azərbaycanın qələbəsindən sonra bütün beynəlxalq təşkilatlara minnətçi düşən Makron indi də Qarabağdan gedən ermənilərin hamisinə çevrilib. Bir o qalıb ki, Qarabağı tərk edən ermənilərə Fransa vətəndaşlığı verilsin. Lakin Makronun bu addımı atacağı inandırıcı görünmür. Çünki Fransa ilə Ermənistanın cüt bacı olmasına baxmayaraq Makron ermənilərin xislətini yaxşı bilir. Eyni törəmədən əmələ gəldiklərindən bir-birlərinin xislətinə yaxşı bələddirlər:  

"Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər. Bununla yanaşı, bütün bu proseslər davam edirdi və bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma "Artsax"ı tanıdılar. Amma mənim qondarma "Artsax"ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb. Yeri gəlmişkən, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar, çünki bilirəm ki, Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə  əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada Artsax respublikası elan etsinlər. Amma bunu elə-belə, şərh qismində söylədim".

Qeyd edək ki, Fransanın hansı iddialarla çıxış etməsinə, hansı qarayaxma kampaniyasına əl atmasına baxmayaraq Azərbaycanı yolundan döndərə bilməyəcək. Çünki, Azərbaycan nəinki bölgədə, eləcədə bütün dünyada sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə öz töhvələrini verir. Şübhə yoxdur ki, Erməistanla da sülh müqaviləsi imzalandıqdan sonra Fransanın Cənubi Qafqaz siyasətində yumuşalma müşahidə olunacaq.  

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31