Ümumiyyətlə "The Washington Post" obyektivliyi əks etdirən yazılar dərc etmir - Tural İsmayılov- ÖZƏL

"The Washington Post" qəzeti daim Azərbaycan əleyhinə məqalələr dərc edən bir mətbuat qurumudur. " Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Ümumiyyətlə " The Washington Post" qəzetini bilənlər bilir ki, bu qəzet heç vaxt obyektiv reallıqları əks etdirən yazılar dərc etmir. 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktorunda "The Washington Post" heç vaxt bu həqiqətləri dilə gətirməyib. Eyni zamanda ABŞ Dövlət Departamentinin Azərbaycan əleyhinə hazırladığı qərəzli "hesabatları" yayarkən, Ermənistanda söz azadlığının olmaması, siyasi motivli həbslərlə bağlı "The Washington Post" qəzeti indiyə qədər bir etiraz yazısı dərc etməyib. Ona görə də öz yazılarında heç vaxt obyektivliyə söykənməyən, reallığı, həqiqətləri əks etdirməyən "The Washington Post" və qlobal Qərb mediasının New İmperialist dayaqlarının Azərbaycan əleyhinə ittihamlarla dolu məqalələri dezinformasiya xarakteri daşıyır. Çünki, bu   məqalələrdə həmişə sadəcə biryanlı "ekspertlərin" fikirləri öyrənilir və sırf ABŞ fondları ilə işləyən, eyni zamanda müxtəlif SOROSçu dairələrə bağlı olan mərkəzlərlə əməkdaşlıq edən adamların mövqeləri dərc edilir. Amma fərqli düşünən, daha dövlətçi, daha milli mövqeli adamlara isə yer verilmir. Ona görə "The Washington Post" qəzetində artıq bu ənənəvi xarakter alıb ki, Azərbaycan əleyhinə "fake news"-lar dərc edilsin. Bu baxımdan "The Washington Post " qəzeti və onun timsalındakı media qurumlarının  ölkəmiz əleyhinə qaralamalarının heç bir əhəmiyyəti yoxdur"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31