MM-də “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə keçiriləcək
4 Dekabr 2023 14:42 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Dekabrın 6-da Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə keçiriləcək. Parlamentdən "Olaylar"a bildirilib ki, tədbirdə azərbaycanlıların indiki Ermənistandan - öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, burada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31