Fransa ATƏT, NATO, Aİ qanunlarını kobud şəkildə pozur- ÖZƏL

"Fransa senatı Ermənistana 2024 - cü ildə "Sezar" artileriya silahlarını göndərmək niyyətindədir". "Olaylar" xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov məlumat verib: "Görünür müdafiə xarakterli silahları Ermənistana göndərərək region ölkələri tərəfindən sərt reaksiya görməyən Paris və İrəvan bu dəfə hücum xarakterli silahları Zəngəzura doldurmaq fikrindədirlər.
Əgər region ölkələri məsələləri susqunluqla qarşılayacaqlarsa Azərbaycan özü lazımi addımları atacaq. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan dövlət hücum silahlarına malik ola bilməz. Bu, Azərbaycana birbaşa təhdiddir. Fransa ATƏT, NATO, Aİ qanunlarını kobud şəkildə pozur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31