Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini Azərbaycana səfər edəcək
4 Dekabr 2023 11:03 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord Azərbaycana səfər edəcək.
Olaylar.az bildirir ki, diplomatik mənbədən verilən məlumata görə, Malkolk Offordun Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında iştirak edəcəyi planlaşdırılır.
Qeyd edək ki, son otuz il ərzində Böyük Britaniya Azərbaycanda ən böyük fərdi investordur. 1995-2022-ci illər ərzində Böyük Britaniyanın Azərbaycana investisiyaları 84 milyard ABŞ dollarını keçib ki, bu da birbaşa xarici investisiyaların həcminin 280 milyard dollara çatmasına səbəb olub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,2 milyard funt sterlinq olub. (Trend)