Ötən 20 il dövlətimizin və xalqımızın taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub- ÖZƏL
4 Dekabr 2023 10:39 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 20 il dövlətimizin və xalqımızın taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Bildirib ki, bu dövr ərzində Regionların Sosial-İqtisadi İnkişafı üzrə 4 Dövlət Proqramı uğurla həyata keçirilib: "Bu proqramlar regionların inkişafında mühüm əhəmiyyətə malik olub. Ötən illər ərzində Azərbaycanda 3500-dən çox məktəb, 700-dən çox xəstəxana, 40-dan artıq Olimpiya Kompleksi tikilib istifadəyə verilib".
Komitə sədri qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoymuş 44 günlük Vətən müharibəsi və bu ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycan ərazilərinin işğaldan azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnib: "Azərbaycan hökuməti bu ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlayıb, müasir səviyyəli beynəlxalq hava limanları, evlər, məktəblər, elektrik qovşaqları yollar və digər infrastruktur layihələri uğurla icra olunur".