Bu kəndlər Azərbaycana qaytarılmalıdır -Fikrət Sadıqov- ÖZƏL
1 Dekabr 2023 19:58 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Düşünürəm ki, bu 8 Azərbaycan kəndi danışıqlar prosesi zamanı əsas mövzulardan biri olmalıdır." Bu fikirləri politoloq Fikrət Sadıqov Olaylar.az-a açıqlamasında bildirib:"Çünki, bu kəndləri Azərbaycana qaytarmalıdırlar.
Xüsusilə onu qeyd etmək lazımdır ki, bunu baş nazir Paşinyan da etiraf etdi. Jurnalistlərin suallarına cavab verərək dedi ki, Ermənistan indiyə qədər Azərbaycanın bir sıra kəndlərinə nəzarət edir. Düzdür, ondan sonra Ermənistan parlamentinin spikeri Simonyan qeyd etdi ki, Azərbaycan guya 31 erməni kəndini işğal edib. Amma bu təbii ki, absurd bir təxribatdır, bəyanatdır. Çünki bu cəfəng bəyanat ona yönəlib ki, ictimaiyyəti əsas məsələdən yayındırsın və bir sıra aparıcı dövlətlərin də diqqətini başqa bir istiqamətə yönləndirsin. Mən əminəm ki, bizim mövqeyimiz bu məsələdə qətidir və prinsipialdır. Çünki, Ermənistanın Azərbaycan torpaqlarına göz dikməsi artıq reallıqdır. Biz artıq torpaqlarımızı azad etmişik. Hansısa bir ərazimizin kiminsə nəzarəti altında saxlanmağına heç vaxt imkan vermərik. Bunu Yerevan yaxşı başa düşməli və nəticə çıxartmalıdır."