ATƏT Cənubi Qafqazda, eləcə də Ermənistan-Azərbaycan münasibətlərində real iş görmədi - Elşad Həsənov- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"ATƏT-in Minsk qrupu uzun illər, yəni 28 il  Ermənistan-Azərbaycan münaqişəsinin normallaşdırılması üçün dırnaqarası fəaliyyət göstərdi, ancaq heç nə etmədi. Bir kəndin boşaldılmasına da nail olmadı." Bu fikirləri Olaylar.az a açıqlamasında politoloq Elşad Həsənov bildirib: "Baxmayaraq ki, əllərində BMT-nin 4 qətnaməsi, Avropa İttifaqının 7 bəyanatı var idi. Bunların heç birini etmədilər. Sadəcə olaraq,  Azərbaycan ictimaiyyətinin, Azərbaycan cəmiyyətinin başının altına yastıq qoyub, yatızdırmaq istəyirdilər və bizi öz taleyimizlə barışmağa sövq edirdilər. Ona görə də, haqlı olaraq onların fəaliyyətinə  Azərbaycan prezidenti çox gözəl qiymət verdi ki, siz heç bir şey etməmisiniz və sizin fəaliyyət lazım deyil. Doğrudan da elə 44 günlük müharibədə  bütün problemlər həll olundu. Həm BMT-nin, həm  Avropa İttifaqının qərarlarını biz özümüz yerinə yetirdik. Və bundan sonra da yenə də bizə qarşı həmişə birtərəfli mövqedə, ikili standartlarda oldular. Ermənistana bu məsələ olar, bizə olmaz, məsələn onlar  işğal altında olan torpaqlarımızın vəziyyətin görürlər, bilirlər  ermənilər o torpaqları hansı günə salıblar. Ancaq  Ermənistana qarşı bir  bəyanat, bir  sanksiya qəbul olunmadı. Bütün bunlar hamısı  ATƏT-in gözü qarşısında olub və onlar Ermənistana daim diqqət və qayğı göstəriblər. Dini məsələni ortaya çəkmək istəmirəm, amma başqa cür də düşünmək olmur. Nəyə görə axı əgər siz obyektivsinizsə, əgər doğrudanda reallığı qiymətləndirirsinizsə, bəs hanı sizin qiymətiniz?  Bu nöqteyi-nəzərdən də  Ceyhun Bayramovun dediyi çox düzgündür və ATƏT  doğrudan da Cənubi Qafqazda, eləcə də Ermənistan-Azərbaycan münasibətlərində obyektiv, real iş görmədi və ona görə də biz öz məsələlərimizi həll etdik. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Azərbaycan ərazimizdə olan qeyri-qanuni silahlı dəstələri təmizlədi. Separatçı rejim də özünü buraxdı. Bu gün  Azərbaycan həmin boşaldılmış torpaqlarımızda yaradıcılıq, quruculuq işləri ilə məşğuldur. Məcburi  köçkün soydaşlarımızı, əzizlərimizi ora qaytarırıq. Son dövrlərdə Avropa İttifaqı xüsusi ilə Fransanın təsiri ilə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür, bəyanatlar verir. Azərbaycanı şantaj edirlər, Azərbaycana sanksiya tətbiq etməklə bağlı fikirlər yürüdürlər. Bunların əksəriyyəti də Fransanın təhriki və erməni lobbisinin  Avropa Parlamentinə seçdiyi deputatların fəaliyyətidir. Orda da bir obyektivlik, bir reallıq yoxdur ki, desinlər ki, yox, real hadisələr bu cürdür, buna bu cür qiymət verək. Yox, ermənilərin dediyi, erməni lobbisinin hərəkətə gətirdiyi həmin o deputatlar, erməninin pulu ilə deputat seçilənlər bu gün ATƏT-də miras qoyurlar. Biz təbii ki, heç kimin qabağından qaçmırıq, ABŞ kimi dövlətin qarşısından qaçmadıq. Obyektivliyimizi göstərdik, öz dəyanətimizi, ləyaqətimizi göstərdik və onların səhv yolda olduğunu cənab prezident ABŞ-ın dövlət katibi  Blinkenə dedi. Biz artıq elə bir dövlətik ki, bizim özümüzün müstəqil siyasəti, müstəqil iqtisadiyyatı , güclü ordusu var. Bizim üçün də, hər şeydən öncə xalqın, dövlərin marağı var. Biz kvazidövlət deyilik ki, kiminsə önündə əyilək, qalxaq. Biz BMT-nin nizamnaməsinə uyğun, beynəlxalq qanunlara uyğun hüquqi dövlət qurmuşuq və bu dövlət də heç kimə boyun əyməyərək, heç kimin önündə əyilməyərək öz torpaqlarını azad etdi. Bu gün də qeyd etdiyin kimi, yaradıcılıq və quruculuq işləri ilə məşğuluq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31