Qərbin  avantürist siyasəti Azərbaycan tərəfindən rədd ediləcək-Azad Məsiyev - ÖZƏL

" Əvvala bir  suala aydınlıq gətirək. Qərb deyiləndə  kim  nəzərdə  tututlur? Avropa  Birliyi, yoxsa Birləşmiş Ştatlar? Mən  hesab  edirəm  ki, başda  ABŞ olmaqla  Avropa Birliyi bir yerdə Qərb nəzərdə tutulur. Ümumiyyətlə Avropa Birliyi xarici siyasətində müstəqil deyil." Bunu Olaylar.az saytına açıqlamasında politoloq Azad Məsiyev bildirib :" Avropa Birliyi faktiki olaraq defakto  ABŞ-nin  bir ştatına çevrilir . ABŞ-dən hansı bəyanat, hansı qərar  gəlirsə, Avropa Birliyi gözünü yumaraq ona dəstək verir . Bu gün   Avropa Birliyi  ABŞ-nin bir siyasi alətinə çevrilir.Təbiidir ki, dünya siyasətində super dövlətlərin maraqları toqquşur, yəni bütün  dünyada ABŞ-la Rusiyanın bir savaşı gedir. Bu savaş həm iqtisadi, həm siyasi, həm də hərbi sahədədir.  Bu savaşın birinci episentrı Ukraynadırsa, ikincisi  Cənubi Qafqazdır. Cənubi Qafqazda baş verən hadisələr ABŞ-la Rusiya arasında gedən savaşın məntiqi nəticəsidir . Ermənistanla  Azərbaycan arasında olan münaqişə bu savaşın episentrıdır. Bu gün  ABŞ Ermənistan üzərindən Cənubi Qafqaza girmək istəyir. Yəni bu baxımdan Paşinyanı hakimiyyətə gətirirlər. Paşinyan açıq şəkildə ABŞ-nin  əlində bir alətə çevrilərək Cənubi Qafqazda stabilliyi pozur. Ümumilikdə 44 günlük Vətən müharibəsi Qərbin, başda  ABŞ olmaqla  Qərb koalisiyasının Cənubi Qafqazda planlarını pozdu . Bu baxımdan fikir verdinizsə, 44 günlük müharibə zamanı Ermənistanda hakimiyyət dəyişikliyi yaranmalıydı. Yəni Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması an  məsələsi idi. SOROSçular təzədən Paşinyanı hakimiyyətdə qorudular, saxladılar, yəni belə bir fikir işlədirlər ki , guya xalq Paşinyan hakimiyyətini yenidən seçdi. Xeyr, SOROSçular onu hakimiyyətdə qoruyub saxladı və hazırda da ABŞ Paşinyan üzərindən öz siyasətini həyata keçirmək istəyirdi. ABŞ birinci hədəf olaraq Ermənistanda Rusiyanın təsir dairəsini zəiflətmək, ikinci isə ümumilikdə Ermənistanda düşərgə salaraq Cənubi Qafqaza girmək istəyir . Bu baxımdan bu gün Qərbin Azərbaycana təzyiqi buna hesablanır. Çünki Ermənistanla  Azərbaycan arasında sülh sazişi  beynəlxalq hüquq normalarına, siyasi reallıqlarına uyğun gələrsə, bağlanarsa, bu zaman Paşinyanın  hakimiyyətdən uzaqlaşdırılması üçün erməni cəmiyyətində bir etiraz aksiyaları başlayacaq . Ona görə də başda  ABŞ olmaqla Qərb koalisiyası açıq şəkildə Azərbaycana təzyiq edir ki, gələcək sülh sazişlərində Ermənistana güzəştə gedək . Yəni Ermənistanın maraqlarına uyğun bir sülh sazişi əldə edilsin . Bu da bizim dövlət və milli maraqlarımıza uyğun deyil . Bu baxımdan Azərbaycan  Qərbin təzyiqlərinə, tələblərinə cavab vermədiyinə görə  Avropa Birliyindən Azərbaycana qarşı qərəzli bəyanatların, qərarların qəbul edilməsi başladı, eyni zamanda ABŞ-dan Azərbaycana qarşı kəskin bəyanatlar , qərarların qəbul edilməsi bir daha onu göstərir ki, ABŞ açıq şəkildə Paşinyana dəstək verməklə, əslində Azərbaycana təzyiq edir və buna da Azərbaycan tərəfindən adekvat cavablar veriləcəkdir . Hesab edirəm ki , Qərb  Cənubi Qafqaza girməklə  4 hədəfə fokuslanırdı . Yəni birinci Rusiyanın Cənubi Qafqaza təsirini zəiflətmək, ikinci Ermənistan üzərindən İranın daxili işlərinə müdaxilə etmək, üçüncü Türkiyənin qalxan nüfuzunun qarşını almaq, dördüncü isə  Azərbaycana təzyiq etməklə Rusiya ilə Azərbaycanın münasibətlərini korlamaq istəyirlər . Yəni  başda ABŞ olmaqla Qərb koalisiyası Azərbaycana təzyiq edir ki, Rusiya ilə münasibətlərini korlasın . Yəni ABŞ Rusiyanın dünya bazarından, dünya siyasi xəristəsindən silib çıxartmaq üçün mütləq şəkildə Rusiya ətrafında Rusiya əleyhinə qaynar ocaqlar yaratmaq istəyir .   Gürcüstan, Ukrayna, Ermənistan bunun  baris nümunəsidir . Cənubi Qafqazda da son vaxtlar ABŞ-ın aktiv siyasəti onu göstərir ki , ABŞ üç Cənubi Qafqaz Respublikasını öz təsirinə salmaqla Rusiyanın Cənub cinahını bağlamaq istəyirlər və Azərbaycan da bu siyasi oyuna girmək istəmir . Yəni  Azərbaycan  Qərbin,  ABŞ-ın əlində alətə çevrilərək  Rusiya əleyhinə istifadə olunmaq istəmir . Bu bizim dövlət və milli maraqlarımıza uyğun deyil . Bu baxımdan Azərbaycan xarici siyasətində həmişə balanslaşdırıcı siyasətə üstünlük vermişdir və bu siyasəti həyata keçirməklə özümüzün dövlət və milli maraqlarımızı hər şeydən önə gətirmişdir . Təbiidir ki, Azərbaycanın  dövlət və milli maraqları  Amerikanı və Qərbi maraqlandırmır. Qərb öz məqsədlərinə çatmaq üçün Rusiyaya yaxın olan  respublikaları alət kimi istifadə etmək istəyir. Bildiyiniz kimi  Cənubi Qafqazda strateji respublika, strateji bölgə Azərbaycandır . ABŞ və Qərb koalisiyası Rusiyanın Cənub cinahını bağlamaq üçün mütləq şəkildə Azərbaycanı öz təsirinə salmaq istəyir . Yəni  Rusiyanın Azərbaycan üzərindən İrana, İran üzərindən Afrikanın cənub coğrafiyasına, eyni zamanda Rusiya Azərbaycan üzərindən Türkiyə, Türkiyədən də Afrikanın şimal coğrafiyasına çıxmaq üçün Azərbaycanla  Rusiya münasibətlərinin  yaxşı olması, Rusiyanın maraq dairəsindədir və bu gün Rusiyanın  Azərbaycana ehtiyacı var. Bu da təbiidir ki, ABŞ və Qərb koalisiyası bunu   gözəl başa düşür və bu baxımdan Azərbaycana təzyiq edirlər ki, Rusiya ilə münasibətini korlasın. Azərbaycan bu cür tələbləri qəbul etmədiyinə görə ABŞ Ermənistan üzərindən Azərbaycana təzyiq etmək istəyir . Bu baxımdan beynəlxalq aləmdə Azərbaycan əleyhinə bəyanatların səslənməsi təbii görünür . Hesab edirəm ki, Qərbin bu cür  avantürist siyasəti Azərbaycan tərəfindən rədd ediləcək və Azərbaycan ictimaiyyəti bu cür təzyiqləri qəbul etməyəcək ."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31