Ermənistan sülh müqaviləsi üçün bütün təlimatları Qərbdən alır- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Ermənistan hakimiyyəti həm sülh, həm də düşmənçilik siyasətini paralel şəkildə davam etdirir. Ermənistan parlamentinin sədri Alen Simonyan azərbaycanlılarla ermənilərin birgə yaşayışından, hətta azərbaycanlılar Ermənistana qayıdışı mümkünlüyünü vurğulayıb. Bitərəfdən xarici işlər naziri Ararat Mirzoyan ATƏT xarici işlər nazirlərinin konfransında Azərbaycana qarşı düşmənçilik, kinosofobiya, etnik təmizləmədə, Azərbaycanın Ermənistana qarşı "təcavüz" siyasətindən danışıb". MCP sədrinin müavini Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki, Ermənistan rəsmiləri yüksək səviyyədə birtərəfdən sülhdən, birtərəfdən beynəlxalq müstəvidə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir: 
"Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan ABŞ səfər edəcək.Vaşinqtonda keçirilən danışıqlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Rusiyanın orbitindən çıxmaq istiqamətində təlimatlar veriləcək. Ümumiyyətlə, Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün bütün təlimatları Qərbdən alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31