İlham Əliyev Azərbaycanın qarşısında daha geniş üfüqlər açıb- ÖZƏL
1 Dekabr 2023 15:49 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycanın dinamik iqtisadi inkişafa malik qüdrətli ölkə kimi tanınması Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir. Ulu Öndərimiz Heydər Əliyevin yolu ilə Azərbaycanı inkişaf etdirən Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirərək, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir". "Olaylar"ın məlumatına görə, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib:
"İndi artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirdiyi kimi, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əskəranın da simasını dəyişdirəcəkdir. Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qarşısında daha geniş üfüqlər açılmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq".