Deputat tələbələrə “Ustad dərsi” keçdi- ÖZƏL
1 Dekabr 2023 15:23 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Millət vəkili Ceyhun Məmmədov dekabrın 1-də Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin (ərəb dili) üzrə təhsil alan tələbələrinə "İqtisadi mətnlərin tərcüməsi" fənnindən "Ustad dərsi" keçib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Gənclərin ərəb dilini öyrənməyə maraq və həvəsləri məni heyrətə gətirdi. Dərsdən sonra fakültənin dekanı Bənövşə xanım və fakültənin ərəb dili dilli müəllimləri ilə gənclər arasında tərcüməçilik peşəsinə marağın artırılması, gənclərin bu peşənin sirlərinə yiyələnməsi üçün görülməli işlərlə bağlı müzakirə apardıq.
Təəssüflə qeyd etməliyəm ki, getdikcə ölkəmizdə ərəb və fars dillərini bilən mütəxəssislər tapmaq çətinləşir. Hesab edirəm bu istiqamətdə peşəkar mütəxəssislərin yetişdiriməsi üçün ciddi addımlar atmalıyıq.
Müşahidələrin onu söyləməyə əsas verdi ki, Azərbaycan Dillər Universiteti peşəkar müəllimləri tədrisə cəlb edərək ərəb dili üzrə mütəxəssislərin yetişməsinə çalışır. Bu işdə onlara uğurlar arzulayıram".