Laçın əbədi azadlığına qovuşub- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Bu gün Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmasından 3 il ötür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rasional və  praqmatik siyasəti nəticəsində Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Hicran Hüseynova deyib:
"Laçının Azərbaycana, bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin bo­şaldılması müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti və prin­sipiallığı, xalqla ordunun birliyi, millətin azadlıq arzusu, Vətənin müdafiəsi uğrunda şəhidliyi şərəf bilən qəhrəman oğullarımızın, rəşadətli ordumuzun hünəri sayəsində mümkün olub. 
Bu gün artıq Laçın azaddır və bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. Bu gün Laçın şəhərinin mərkəzində milli bayrağımız dalğalanır və əbədi dalğalanacaq! Ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm! Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş igidlərimizlə qürur duyuruq. Laçın azadddır və əbədi olaraq öz azadlığına qovuşmuşdur!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31