Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

Agentlikdən Olaylar.az-a bildirilib ki, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Xocalı, Cəbrayıl və Zəngilanda 228 piyada əleyhinə mina, 247 tank əleyhinə mina, 4106 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 7143 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31