Azərbaycanla Peru arasında çox məhsuldar əməkdaşlıq var- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Peru bir çox dövlətlərdən, özəlliklə də başqalarına demokratiya,​ insan haqları dərsi keçməyə çalışan, ancaq keçmişləri də, indiləri də törətdikləri hərbi cinayətlərlə, digər qəddarlıq və vəhşiliklərlə dolu bəzilərindən fərli olaraq Xocalı soyqrımını ilk tanıyanlardandır. Bu ölkənin parlamenti-Peru Konqresi, ümumiyyətlə, bizim regionda baş verənləri həmişə öz adıyla çağırıb. Yəni çəkinmədən "Sağ əli ABŞ Konqresinin başına olsun",- deyə bilərik". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, ​ Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sahib Alıyevin sözlərinə görə, Zəfər və Müstəqillik Günü, digər milli bayramlarımızla bağlı da bu dost ölkənin parlamenti tez-tez təbrik bəyanatları yayır: "Bu bəyanatların içində mənim diqqətimi ən çox çəkən 2021-ci ildə Müstəqilliyimizin Bərpası Günüylə bağlı yayılan, daha dəqiqi oradakı "30 il ərzində öz suverenliyini durmadan möhkəmlədən Qardaş Azərbaycan beynəlxalq aləmdə müxtəlif din və mədəniyyətlərin birgə yaşayışı üçün model ölkədir" cümləsi idi.
​ ​ Sərhədlərimizdən minlərlə kilometr uzaqda bizi "qardaş ölkə" adlandırırlarsa, əlbəttə, bu sevindiricidir və təbii ki, dövət başçımızın özəlliklə də Azərbaycan Qoşulmama Hərakatına sədrlik etdiyi dövrdə yeritdiyi siyasətin burada rolu böyükdür. Ötən ilin noyabrında Perunun paytaxtı Limanın mərkəzi küçələrində Zəfər Bayramımıza həsr olunmuş plakatlar asılması da elə əslində bizə qardaşcasına yanaşmanın başqa bir örnəyidir.
Bütün bunları ona görə yazıram ki, Azərbaycanın Meksikada və daha bir necə Güney Amerika ölkəsində, o sıradan da Perudakı səfiri hörmətli Məmməd Talıbov dünən bir status paylaşmışdı. Orada Peru Konqresinin prezidenti Alejandro Aguinagaya istinadla hər iki ölkənin qanunverici orqanları arasında gözəl əlaqələr qurulduğu və parlamentlərarası dostluq qruplarının effektli fəaliyyət göstərdikləri vurğulanır.
​ ​ Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mən də böyük məmnunluqla qeyd edirəm ki, nə qədər uzaqda yerləşsə də, bu dost ölkənin Konqresi ilə aramızda sıx və məhsuldar əməkdaşlıq var.​ Çünki ürəklər yaxındır və biz bu əməkdaşlıqdan çox məmnunuq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31