Azərbaycan Ordusu böyük bir missiyanı şərəflə yerinə yetirdi- ÖZƏL
1 Dekabr 2023 14:45 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Ordumuz dünya hərb tarixinə yeni səhifənin yazılmasında əhəmiyyətli rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev deyib. Bildirib ki, tarixi Zəfərimiz heç də arxayınlıq yaratmadı, əksinə ordu quruculuğu istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdə oldu: "Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin, genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri bu il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində bir gün ərzində separatçılar məğlubiyyətlərini etiraf edərək ağ bayraq qaldırıb təslim oldular. Bununla da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı şərəflə yerinə yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı".