Rusiya və Ermənistan arasında siyasi-iqtisadi müstəvidə böhran başlaya bilər- ÖZƏL
1 Dekabr 2023 14:25 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ermənistan Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak etmir. Həm müdafiə, həm də xarici işlər nazirləridə toplantıya qatılmayacaq". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Bişkekdə keçirilən MDB dövlət başçılarının sammitinə, nə də xarici işlər nazirlərinin şurasına qatılmadı: "Belarus prezidenti Aleksandr lukaşenko N.Pasinyanla telefonla danışaraq onu Minske dəvət etdi. Göründüyü kimi N. Paşinyan telefon söhbətində toplantıya qatılmayacağını vurğulayıb. Görünür, V. Putin A. Lukaşenkodan şəxsən N. Paşinyanla danışmasını istəyib. Demək olar ki, Ermənistan Rusiyanın moderator olduğu təşkilatlardan de-fakto kənarlaşıb. Növbəti mərhələdə de-yure uzaqlaşacaq.
Ermənistan Baş naziri N. Paşinyan Avropa və ABŞ -la sıx siyasi -təhlükəzsizlik siyasəti müstəvisində Rusiya ilə əlaqələri aşağı səviyyəyə endirib. Gələn ildən başlayaraq Ermənistan KTMT çıxmaq istiqamətində müəyyən addımlar atacaq. Bundan sonra Rusiya və Ermənistan arasında siyasi-iqtisadi müstəvidə böhran başlaya bilər. İki ölkə arasında davam edən bu böhran Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyini sual altına alır".