Azərbaycan 30 il əvvəlin Azərbaycanı deyil- Tural İsmayılov- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Qərb Azərbaycanın regional gücdən qlobal gücə çevrilməsi kontekstini həzm edə bilmir və məhz bu kontekstdə də ölkəmizlə təzyiq, təhdid və hədə dili ilə danışmağa çalışır, lakin ABŞ, Fransa və bir çox ermənipərəst qərbli imperialist dairələr anlamır ki, Azərbaycan 30 il əvvəlin Azərbaycanı deyil. " Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu gün ölkəmiz dünyanın ən önəmli siyasi proseslərində qlobal təşəbbüslərə liderlik edir və məhz Azərbaycanın bu liderliyi nəticəsində ölkəmizin mövqeləri dünya sistemində kifayət qədər güclənib və artıb. Bu gün Azərbaycanın daim inkişaf edən bir ölkəyə çevrilməsi, ölkəmizin dünyadakı iqtisadi, siyasi hadisələrdə, proseslərdə vacib söz sahibinə çevrilməsi və ən nəticədə Cənubi Qafqazda sülh və sabitliyin bərpa edilməsi erməni faktorundan bölgəni qarışdırmaq üçün istifadə edən qüvvələri ciddi formada narahat edir. Biz görürük ki, özəlliklə Azərbaycanın Xankəndidə antiterror tədbirlərindən  sonra ölkəmizə qarşı bu siyasi hücumların sayı daha çox artıb. Azərbaycan beynəlxalq hüququ təmin edib, öz ərazilərini işğaldan tam azad edib və bütüm ərazilərində yurisdiksiyasını bərpa edib. Bu prosesə qarşı hansısa bir mövqe ortaya qoymaq həm ədalətsizlik, həm də beynəlxalq hüququn normalarının kobud şəkildə tapdanması deməkdir. O baxımdan Qərbin Azərbaycana təzyiq və təhdid təzyiq  səbəblərindən biri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin Qərbin imperialist dairələrinin maraqlarına xidmət etməməsidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31