Rusiya Ermənistana böyük problemlər yarada bilər-Natiq Miri- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Rusiya bununla göstərmək istəyir ki, Ermənistan iqtisadiyyatı nə qədər Rusiyadan asılıdır." Bu sözləri Olaylar.az-a açıqlamasında Rusiyanın "Yuxarı Lars" keçidindən Ermənistandan gələn kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməsi ilə   bağlı fikirlərini  bildirən  politoloq Natiq Miri deyib: "Rusiya bilir ki, indiki vəziyyətdə bu məhsulları Qərb  mərkəzlərində, Avropada kimsə Ermənistandan Avropa standartları səviyyəsində almayacaq. Çünki bu standartlar Ermənistanda çox aşağıdır. Ancaq   Rusiya, postsovet məkanında olan ölkələrdə, xüsusilə də Avrasiya İqtisadi Birliyi  ilə bağlı ölkələrdə bu standartlar o qədər də yüksək deyil. Ona görə də, bu məhsulları ən azından güzəşt xarakterli qəbul edə bilirlər. Bu günə qədər belə olub, ancaq bir həftəlik bu cür məhdudiyyətləri yaratmaqla Ermənistanda hansı problemlərin yaşandığını Rusiya praktiki olaraq göstərmək istədi."  Politoloq bunun yeganə məhdudiyyət olmadığını, əgər Rusiya istəsə, bir çox sahələrdə, eyni zamanda enerji və digər infrastruktur məsələlərində də Ermənistan üçün böyük problemlər yarada biləcəyini vurğulayıb: "Qarşıdan qış gəlir, qazın qiymətinin qaldırılması ilə paralel bir çox strateji sahələr var ki, onlar Rusiya şirkətlərinin nəzarətindədir. Ermənistan iqtisadi cəhətdən Rusiyaya ciddi şəkildə bağlıdır. Bu məhdudiyyət sadəcə gələcəkdə ola biləcək embarqoların qısa müddətli və kiçik bir hissəsidir. Bununla Ermənistana dərs vermək istədilər və bu məhz Peterburqda Avrasiya İqtisadi Birliyinin və MDB başçılarının görüşü öncəsi bu məhdudiyyətlərin qoyulması heç də təsadüf deyil. Çünki, öncədən Ermənistanın rəhbərliyi bu tədbirlərdə iştirak etməyəcəyini bildirmişdi. Düşünürən ki, bu məhdudiyyətlər süni olaraq yaradılmaqla həm də, Nikol Paşinyanın iradəsini test etməyə çalışırlar. Bu arada Rusiyadan baş nazirin müavinləri, prezidentin köməkçisi səviyyəsində bəzi mesajlar da səsləndirdilər ki, Ermənistan hökümətinin başcısı dekabrda keçiriləcək bu tədbirlərdə iştirak edəcəyi ilə bağlı bəzi siqnallar verib. Mənə elə gəlir ki, bu "Yuxarı Lars" yolunda, Gürcüstan yolunda Rusiyanın yaratdığı bu məhdudiyyətlər dolayısı ilə Nikol Paşinyanın Peterburqdaki tədbirlərdə həm də iştirakı ilə əlaqəlidir. Ola bilsin ki, yaxın zaman çərçivəsində Nikol Paşinyanın iştirakı ilə bağlı konkret biz informasiyanı da eşidəcəyik. Bununla da, Rusiya Ermənistana bir dərs vermiş olacaq və eyni zamanda gələcəkdə Ermənistanı hansı çətinliklərin gözləyə biləcəyi ilə bağlı bir mesaj vermiş olacaq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31