Azərbaycan burdan getmiş şəxslərin geridönüşündə maraqlıdır -Oqtay Qasımov- ÖZƏL

"Fransanın,o cümlədən müxtəlif Qərb dövlətlərinin nümayəndələrinin bu tipli açıqlamalar verməsinə biz artıq alışmışıq." Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Təbii ki, Fransa səfirinin belə bir açıqlama verməsində təəccüblü heç nə yoxdur. Belə ki, Fransanın özü Ermənistanla bərabər Qarabağ ərazisindən ermənilərin kütləvi olaraq, könüllü şəkildə bölgəni tərk etməsini əsas ssenariləşdirən dövlətlərdən biridir. "Qarabağ erməniləri" kartından Azərbaycana qarşı istifadə etmək cəhdləri uğursuzluqla nəticələndiyinə görə hal-hazırda yenə də məhz bu ifadələrdən istifadə etmək, gündəmdə bu məsələni saxlamaq və eyni zamanda həm Azərbaycana təzyiq vasitəsi kimi bu termindən istifadə etmək, həm də bununla bağlı erməni cəmiyyətində necə deyərlər, ictimai rəyi öz tərəflərinə çəkmək məqsədləri güdülür. Əlbət ki, biz bu tipli açıqlamaları diqqətlə izləyirik və bununla bağlı məsələlərə reaksiyalarımız da verilməlidir. "Qarabağ erməniləri" terminindən istifadə edərək Azərbaycana təzyiq göstərilməsinin də qarşısında dayanmalıyıq. Bununla bağlı hesab edirəm ki, diplomatik və informasiya təbliğat fəaliyyətlərimiz daha da genişləndirilməlidir. Çünki bütün dünya ictimai rəyi bilməlidir ki, Azərbaycan burdan getmiş şəxslərin geridönüşündə maraqlıdır və onların geridönüşü üçün portal da yaradılıb. Sadəcə bu portalın fəaliyyətinə Ermənistanda blok qoyulub və buradan gedən erməni əhalisi həmin portaldan yararlana bilmir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31