Azərbaycanlılar ora qayıtmalıdır və qayıdacaq-Fikrət Sadıqov- ÖZƏL
30 Noyabr 2023 16:22 Siyasət"Əsas məsələ ondan ibarətdir ki, Paşinyan və digər Ermənistan rəsmiləri yaxşı dərk edir ki, əgər onlar Qarabağdan çıxan erməniləri yenidən Qarabağa qaytarmaq istəyirlərsə, mütləq azərbaycanlıları Qərbi Azərbaycana qaytarmalıdırlar." Bu fikirləri politoloq Fikrət Sadıqov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu onların borcudur və bu istiqamətdə təbii ki, hazırlıq işlərini apara bilərlər, buna şübhə ilə yanaşmıram. Düzdür, Paşinyan dəfələrlə bəyan etmişdi ki, Azərbaycan Ermənistan ərazisini Qərbi Azərbaycan adlandırır və sairə, amma bu özü özlüyündə ifadələr və ritorika səviyyəsində olan bəyanatlardır. Paşinyan yaxşı başa düşür ki, azərbaycanlılar ora qayıtmalıdır və qayıdacaq. Bizim bu istiqamətdə götürdüyümüz kurs və siyasi addımlar buna gətirib çıxaracaq, onlar bunu da yaxşı dərk edirlər. Ona görə bu "pıçıldaşmalar" və kulis arxasında hansısa bir söhbətlər ola bilsin ki, real olsun. Çünki, biz hər halda ora qayıtmalıyıq. Oradan yüz minlərlə insan qovulub,etnik təmizləmələrə məruz qalıb və təbii ki, öz dədə-baba yurdlarına qayıdıb orada yaşamalıdırlar."