Sülh müqaviləsi bağlanmadan sərhəddə görüşlərin müsbət nəticəsi olmayacaq- ÖZƏL
30 Noyabr 2023 16:12 Siyasət"Azərbaycan və Ermənistan dövlət sərhəddinin delimitasiya və demarkasiya və sərhəd təhlükəsizliyi üzrə Qazaxda sərhəddə komissiyanın iclasını keçiriblər. Heç bir vasitəçi olmadan keçirilən bu görüşdə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılıb. Belə bir görüşlər dəfələrlə keçirilib. Amma, işin effektilyi üçün bu kimi iclaslar, sülh müqaviləsinindən sonra olmalıdır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması fonunda liderlərin ikitərəfli görüşü baş tutmur. Ermənistan məhz üçüncü tərəfin-Vaşinqton yaxud Brüsselin vasitəçiliyi ilə danışıqlarda maraqlıdır. Ermənistan hakimiyyətinin burada əsas məqsədi Azərbaycana təzyiqlərin formalaşmasına nail olmaqla, öz şərtləri çərçivəsində sülh müqaviləsinin bağlanmasına getməkdir.
Qeyd edim ki, növbəti ildən Ermənistan ikitərəfli danışıqlara məcbur olacaq. Bunun üçün prosesi Avropa İttifaqı ilə Türkiyə aparır. Əgər, liderlərin ikitərəfli danışıqları baş tutmasa, sərhəddə keçirilən birgə komissiyanın nəticəsi olmayacaq. Avropa İttifaqı prinsipcə ikitərəfli danışıqlarda maraqlıdır. Məhz Türkiyə vasitəsilə prosesin aparılmasında maraqlıdır. Amma, Vaşinqton burada konkret olaraq vasitəçiliyini qabardır.
Keçmiş "Minsk qrupu" çərçivəsində öz kurasiyasında sülh müqaviləsinin bağlanmasından yanadır. Bununla Rusiyanı prosesdən tam çıxarmağı hədəfləyir. Ümumiyyətlə, ABŞ Ukraynada Rusiyanı məğlub etmədən Cənubi Qafqazdan çıxara bilməyəcək. Amma, Vaşinqton hesab edirdi ki, Azərbaycana təzyiq etmək lazımdır. Bu da öz əleyhinə işlədi. Ermənistan tərəfindən verilən sülh açıqlamaları reallıqları əks etdirmir. Çünki siyasi iradələri yoxdur. Təlimatlar birbaşa Vaşinqtondan verilir".