Xankəndidə bu arzunun reallaşdırılması tarixi irsin davamıdır - ÖZƏL
30 Noyabr 2023 16:14 Siyasət"Xankəndi, bütövlükdə Qarabağ məsələsi bizim üçün həssaslıq daşıyan bir mövzudur".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Biz 100-150 il bundan əvvəl bu məsələlərə, Qarabağ məsələsinə, ermənilərin Qarabağ planlarına həssaslıqla yanaşmadığımız üçün öz torpaqlarımızı itirdik və başımıza olmazın faciələr gəldi. Bu mənada mən düşünürəm ki, bundan sonra biz Qarabağ, Xankəndi mövzusuna həssas olmalıyıq və olacağıq. Məsələn, deyək ki, Azərbaycanın başqa regionlarındakı ali məktəblərin təbii ki, öz yeri var, onları da inkişaf etdirmək lazımdır. Amma Xankəndidəki "Qarabağ" universiteti həm simvolik əhəmiyyət və məna daşıyır, həm strateji əhəmiyyəti var, həm tarixi, mənəvi, mədəni və s. istiqamətlərdə onun çox böyük əhəmiyyəti var. Ümumiyyətlə Qarabağ azad olunandan sonra müxtəlif fikirlər səsləndirildi ki, orada universitet, akademiyanın yerli filialı, hansısa mədəniyyət müəssisələrinin filialları, bir sıra qurumlar və s. yaradılmalıdır. Amma universitet ilə bağlı xüsusi olaraq fikirlər səsləndirilirdi və Xankəndində artıq bu arzunun reallaşdırılması tarixi irsin davamı və onun müasir dövrdə daha möhtəşəm bir şəkildə təcəssüm etməsinin göstəricisidir. Bizim üçün bu böyük bir əhəmiyyət daşıyır. Həm sözün həqiqi mənasında orada Qarabağ və ətraf rayonlar üçün kadrların hazırlanması baxımından hesab edirəm ki, bu məsələ önəm və əhəmiyyət daşıyır. Həm də, bayaq qeyd etdiyim kimi, mənəvi baxımdan çox böyük önəmi və əhəmiyyəti var. Ona görə də, düşünürəm ki, biz bu işi həyata keçirmək, Xankəndidə bu universitetin rəhbərliyi və heyəti kimlərə həvalə olunacaqsa, onlar bu məsuliyyəti, işin əhəmiyyətini dərk edərək, bu fəaliyyəti həyata keçirəcəklər və gələcəkdə biz möhtəşəm bir ali məktəb, regionun inkişafına səbəb olan möhtəşəm bir təhsil fəaliyyəti və s. istiqamətləri görə biləcəyik".