Ermənilər vətən anlayışı olmayan etnosdur -Elman Cəfərli- ÖZƏL

"Ermənistan dövləti qədim Azərbaycan türk torpaqlarında yaradılıb. İrəvan türk müsəlman şəhəridir. Bunu şəhərin memarlıq üslubu, qədim yer adları da sübut edir."

Bu fikirləri "Yaşıl Dünya" ictimai birliyinin sədri Elman Cəfərli Olaylar.az-a açıqlamasında bildirib: "Göyçə və Qərbi Zəngəzurun Sovet dövründə Ermənistan adlanan dövlətə verildiyini bilməyən yoxdur. Ümumiyyətlə ermənilər vətən anlayışı olmayan etnosdur. Onlar üçün əsas olan milli birlikdir, ermənilik anlayışıdır. Dünyanın harasında olur-olsun erməni kimliyi və qriqorianlıq bu xalqı birləşdirən faktordur. 30 il işğalda saxlasalar da  Qarabağın onlara məxsus olmadığını yaxşı bilirdilər. Bu qədər vaxt keçdi, hamilərinin hesabına aldıqları Qarabağda daşı daş üstündə qoymadılar. İşğal etdikləri torpaqları tikib-qurmadılar. Çünki bilirdilər ki, gec-tez Qarabağdan çəkiləcəklər. Ermənistanın sabiq prezidenti hələ 90-cı illərdə deyirdi ki, gec-tez Azərbaycan güclənəcək və əzəli torpaqlarına sahib çıxacaq. Ümumiyyətlə ağıllı erməni siyasiləri, ziyalıları Azərbaycanla torpaq davasını lüzumsuz və zərərli hesab edirlər. Əslində bu gün 30 illik qara pərdənin tarix üzərindən çəkilməsini, aydınlığın yaranmasını müşahidə edirik. Nə qədər ki, güclü hamiləri var idi, ermənilər müvəqqəti olaraq üstünlük qazanmışdılar. 2016-cı ildən balans bizim xeyrimizə dəyişdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi real durumu çılpaqlığı ilə üzə çıxardı. Azərbaycan müharibə və diplomatiya cəbhəsində Ermənistanı ağır məğlubiyyətə uğratdı. Qarabağ və Şərqi Zəngəzur torpaqları işğaldan azad olundu. Bu ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi 23 saatlıq lokal antiterror tədbirlərindən sonra ermənilərin "Böyük Ermənistan" ideyasına olan inamı məhv oldu. Ziddiyyət və çəkişmələr ermənilərin  öz daxilinə keçdi. İndi erməni cəmiyyətində hətta Göyçə, Qərbi Zəngəzur, hətta İrəvanın gələcəyinə  inamsız baxış var. Yeni mərhələdə bir zamanlar rus imperiyasının Türkiyə, Azərbaycan və Qacar dövləti arasında bufer dövlət olaraq qurduğu Ermənistan dövlətinin perspektivi yoxdur. Bunu özləri də bilir. Bu gün hətta dünya birliyi, beynəlxalq təşkilatlar belə Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarından qovulması ilə bağlı  həqiqətləri bilirlər. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılması Üçtərəfli Bəyanatda razılaşdırılıb. Qalır erməni cəmiyyətində müzakirələrin yekunlaşması və ortaq məxrəcə gəlinməsi. İnanırıq ki, Zəngəzur dəhlizi açılacaq. Regional kommunikasiya layihələri işə düşəndən sonra qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı prosesi başlanacaq. Çünki bu, azərbaycanlıların haqlı davasıdır. Ermənilər güclü Azərbaycan və güclü Türkiyənin qarantiya verdiyi böyük layihələrə qarşı uzun zaman müqavimət göstərə bilməyəcək. Erməni politoloq Tatevik Ayrapetyanın açıqlaması göstərir ki, artıq hazırkı hakimiyyət də reallıqları dərk edir. Hesab edirəm ki, erməni tərsliyi uzun zaman davam etməyəcək. Cənubi Qafqazda maraqları olan və bu üzdən sülhə mane olan böyük dövlətlər də mövcud vəziyyətlə barışmaq zorunda qalacaqlar."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31