Ararat Mirzoyan yenə də Azərbaycandan şikayət edib

"Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası öz işinə başlayıb. Hər il dekabrın əvvəlində ATƏT-ə həmin müddətə rəhbərlik edən ölkəsində nazirlərin sammiti keçirilir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Skopyedə artıq ikitərəfli görüşlərə başlayaraq ABŞ dövlət katibi Entoni Blinkenə və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona Azərbaycandan şikayət edib, "etnik təmizləmə"dən, "Bakının qeyri-konstruktiv" yanaşmasından danışıb". "Olaylar" xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31