Türkiyənin Azərbaycanı ABŞ-nin təxribatçı tələblərinin ayağına verəcəyini düşünmürük - ÖZƏL

"ABŞ bizim bölgəmizdə söz sahibi, vəziyyətin ağası olmağa çalışır və bu işdə də mütləq Azərbaycanın üzərində nəzarəti təmin etməyin vacibliyini başa düşür. Ona görə də, Azərbaycana bu və ya digər şəkildə təsir, təzyiq etmək üçün bu cür əməllərə əl atır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Təbiidir ki, Türkiyə qardaş dövlətdir və qardaş dövlət olaraq Türkiyənin Azərbaycanı ABŞ-nin  təxribatçı tələblərinin ayağına verəcəyini biz düşünmürük. Bu heç vaxt olmayıb, olan da deyil. Sadəcə olaraq, ABŞ-dəki  ağıl sahibləri bu məsələni düzgün hesablaya bilməyiblər. Onlar düşünürlər ki, belə bir təzyiq edərsək, qardaş Türkiyə Azərbaycana dəstəyini dayandıracaq. Amma yanılıblar. Çünki  Azərbaycanla Türkiyəni sadəcə olaraq dövlətlərarası münasibətlər, yaxud da maraqlar birləşdirmir. Bu iki dövlətin xalqları eynidir. Millət olaraq eyniyik. Eyni soydan, eyni kökdən, eyni tarixdən gəlirik. Türkiyə nədirsə, Azərbaycan da odur. Azərbaycan nədirsə, Türkiyə də odur. Dünyada bunu hər kəsin bu cür bilməsi lazımdır. Yəni, Türkiyə A zərbaycana dəstək verərkən əslinə qalanda öz məsələsini həll etmiş olur. Eləcə də, Azərbaycan Türkiyəyə dəstək verərkən yenə də öz məsələsini həll etmiş olur. Bunu dünyada anlamayanlar əlbəttə ki, bizim bölgə ilə bağlı siyasətə ümumiyyətlə burun soxmasalar yaxşıdır, o cümlədən də, Amerika Birləşmiş Ştatları".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31