Azərbaycanı sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər- ÖZƏL
30 Noyabr 2023 13:12 Siyasət"Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Dövlət başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31