Tatarıstanda Heydər Əliyevin 100 illik yubiley tədbirləri keçiriləcək

Milli Məclisin deputatı Vüqar İskəndərov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuştədbirlərdə iştirak edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, burada dekabrın 1-də və 2-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuşsambo üzrə çempionat, sərgi və mədəni tədbirlərkeçiriləcək.

Səfər çərçivəsində Vüqar İskəndərovun Tatarıstan XalqlarıAssambleyasının üzvləri və gənc azərbaycanlı fəallarla görüşləri də nəzərdə tutulub.Səfər dekabrın 2-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31