Milli Məclisdə regionların inkişafında Heydər Əliyev irsi ilə bağlı dinləmə keçirilir
30 Noyabr 2023 11:24 SiyasətMilli Məclisdə "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda ictimai dinləmə keçirilir.
Olaylar.az xəbər verir ki, dinləmə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə keçirilir.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri Turab Qurbanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev, bələdiyyə sədrləri və deputatlar iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31