Bunlar Türkiyənin müdafiə gücünü zəiflətmək üçün atılan addımlardır- ÖZƏL
30 Noyabr 2023 11:15 Siyasət"ABŞ-nin xarici siyasətinin alətlərindən biri də dövlətlərə qarşı sanksiyalarla onları yönləndirmə cəhdidir." Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib: "Bunun üçün CAATSA-Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə qanunu mövcuddur və bu qanun çərçivəsində daha öncə 2 dəfə Türkiyəyə qarşı sanksiyalar tətbiq edilib. Birinci dəfə Suriyada hərbi əməliyyatlar, ikinci dəfə Fətullah Gülənlə əməkdaşlıq edən pastorun həbsi ilə bağlı sanksiyalar. İkinci dəfə ABŞ-nin CAATSA-Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə qanunu çərçivəsində Türkiyəyə sanksiyalar tətbiq edilmişdi. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün danışıqlarda Türkiyənin şərtləri PKK terror təşkilatı və onun bütün törəmələrini ölkə daxilində terror təşkilatı elan etməklə paralel bu ölkələrdəki terror təşkilatına rəğbət bəsləyənlərə qarşı aktiv mübarizə aparılması idi. Bu mövzuda diqqətə alınmalı əsas məqam ABŞ-ın bu sanksiyaları NATO-nun ən yaxın müttəfiqlərindən biri olan Türkiyə rəsmilərinə qarşı tətbiq etməsidir. Ankara həmçinin zaman-zaman Türkiyəyə tətbiq edilən müdafiə sənayesi sanksiyalarının və silah embarqolarının qaldırılmasını tələb edir. Bunlara əlavə olaraq Türkiyənin yenidən F-35 proqramında iştirakının təsdiqlənməsini və 40 F-16 blok, 70 F-16 döyüş təyyarəsi və modernizasiya paketi tələb etdi. Bunlar Türkiyənin müdafiə gücünü zəiflətmək üçün atılan addımlardır. Məntiqlə Yaxın Şərq kimi həssas və kənar oyunçuların bu qədər aqressiv oynadıqları bir regionda NATO üzvü Türkiyənin modern hava hücumundan müdafiə sistemlərinə malik olması anlaşılan olmalıdır, amma bu belə olmadı. Lakin NATO-nun güclənməsində bu qədər xidməti və zəhməti olan Türkiyə üçün qoyulan qadağalar onun bəlli sularda ərazi bütövlüyünü şübhə altına almağa çalışan Yunanıstana şamil olunmur. Əvəzində Yunanıstana bu gün istər Rusiya istehsalı, istərsə də NATO ölkələri istehsalı olan bütün sistemlərin əldə olunması üçün kifayət qədər şərait yaradılıb. Türkiyə öz şərtlərini irəli sürdükdən həmən sonra bunu NATO üzvü Türkiyənin Rusiyanın maraqları çərçivəsində çıxış etməsi kimi göstərməyə çalışırlar. Hətta proses bir az da irəliləyərək Rusiyanın Avropa təhlükəsi mövzusunu Türkiyənin NATO maraqlarını zədələməsi, NATOdaxili proseslərdə Türkiyəyə qarşı qruplaşma formalaşdırmaq kimi qələmə vermək prosesi müşahidə edilir."