YAP ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır- ÖZƏL

"Yeni Azərbaycan Partiyası Ulu Öndərin də dediyi kimi, bu günün, sabahın və gələcəyin partiyasıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 31 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Bu gün ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası hər zaman, qeyd-şərtsiz, qarşısına qoyulan vəzifələri yerinə yetirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31