Ölkəmizdəki ictimai-siyasi sabitlik xalq-iqtidar birliyi sayəsində mümkün olub- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Azərbaycanın zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modeli son 20 il ərzində ümumi daxili məhsulunun 4 dəfə, büdcə gəlirlərinin 30 dəfədən, xarici ticarət dövriyyəsinin isə 10 dəfədən çox artmasına səbəb olub". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Ölkəmizdə yoxsulluq səviyyəsi 50 faizdən 5,5 faizə düşüb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Ölkəmiz artıq Avrasiyanın "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycanda əlverişli investisiya mühitinin yaranması isə ölkəmizdəki ictimai-siyasi sabitlik xalq-iqtidar birliyi sayəsində mümkün olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31