ABŞ İsraillə Fələstinin sülhə gəlməsində maraqlı deyil- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"İsrail-Həmas müharibəsi Yaxın Şərqə yayılmadan müvəqqəti olaraq atəşkəslə yekunlaşır. Məhz ABŞ-ın İsraili müdafiə etməsi, burada ciddi  rolu "Hizbullah" təşkilatının və İranın İsrailə qarşı mümkün hücumlarının qarşısını aldı". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, Vaşinqton öz hərbi kontingentini İsrail sahillərində yerləşdirməklə, Hizbullah və İran İsrailə qarşı qəti və konkret addımlar atacaqdı. Prosesin arxasında Rusiya dururdu və Rusiya Suriyadan tam hərbi dəstəyini əsirgəməyəcəkdi.
İran və Hizbullahın İsrailə qarşı hücumu nəticəsində müharibə geniş şəkildə regiona yayılıb, nəticədə Rusiyanın və Çinin geosiyasi və beynəlxalq maraqlarına xidmət edə bilər. Nəticədə Rusiya Ukraynada müharibədə qalib gəlib, fövqəl dövlət statusu əldə etməsi mümkün olardi. Çində prosesdə əhəmiyyətli şəkildə öz geosiyasi mövqelərini gücləndirə bilərdi 
ABŞ ərəb ölkələrinin də Çinə yaxınlaşmasından ehtiyat edərək Qəzzada atəşkəsin təmin olunmasına getdi. ABŞ Qəzzada humanitar atəşkəsə İsraili məcbur etməklə, ərəb ölkələrinin özünə qarşı mövqeyinin dəyişməsinin qarşısını alır, həmçinin Rusiyanın istədiyi ikinci cəbhənin genişləndirilməsinə imkan vermədi. Vaşinqton, Qahirənin vasitəçiliyi ilə İsrail və Həmas arasında danışıqlar olacaq. Nəticəd və Qəzzanın idarəçiliyi Fələstin administrasiyasına verilə bilər. ABŞ İsraillə Fələstin arasında yekun sülhdə  həllinə maraqlı deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31