Ermənistan hakimiyyəti müstəqil siyasi iradəyə malik deyil- ÖZƏL
30 Noyabr 2023 10:25 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan və Ermənistan demarkasiya komissiyasının iclası ikitərəfli şəkildə Qazaxda sərhəddə keçiriləcək". "Olaylar" xəbər verir ki, bunu deyən MCP sədrinin müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu ikitərəfli danışıqlar növbəti mərhələdə vasitəçilərsiz danışaqlarin başlanması üçün bir proses ola bilər: "Təbii ki, Ermənistan hakimiyyəti müstəqil siyasi iradəyə malik deyil. Əvvəl, Kremldən gələn təlimatlarla hərəkət edirdilər. Kremli Ağ Evə dəyişiblər. Vaşinqtondan göstəriş versələr Azərbaycanla ikitərəfli danışın və razılığa gəlin Ermənistan tərəfi buna gedəcək. ABŞ regionda siyasətinin uğurla davamı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasından keçir. Vaşinqtonun mövqeyi yaxın 10 gündə tam aydın olacaq".