Blinken başa düşür ki, korlanan münasibətlər Amerikanın maraqlarına xidmət etməyəcək - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Blinken tərəfindən Azərbaycan prezidentinə edilən telefon danışıqları zamanı orada son baş verən proseslər qeyd olunub".

Olaylar.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib.

"Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq bildirir ki, Azərbaycan bu cür ittihamları rədd edir və heç bir formada qəbul etmir. Çünki həqiqətən də bu məsələ elə bir məsələdir ki, burada artıq Amerika ikili yanaşma sərgiləməyə çalışır. Məncə, Blinkenin Azərbaycan prezidentini ləngitməsinin arxasında duran əsas səbəblərdən birincisi odur ki, Blinken başa düşür ki, bu korlanan münasibətlər Amerikanın maraqlarına xidmət etməyəcək və baş verə biləcək istənilən gərgin münasibət və soyuq yanaşmalar sonda ikili münasibətlərə təsir göstərəcək. Məncə, Blinken Azərbaycan prezidentinə zəng etməklə həm də məsələni sakitləşdirməyə çalışır və mümkün qədər gərgin münasibətləri normal məcraya qaytarmağa çalışır. O da yaxşı başa düşür ki, erməni lobbisinin təsirinə düşənlərin əksəriyyəti bu və ya digər formada həmin lobbi qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsinə çalışır. Amerika bilir ki, onun bu gün üçün Cənubi Qafqazda əsas müttəfiqi Azərbaycan ola bilər. Çünki Azərbaycanla faktiki olaraq həm də enerji sahəsində bir əməkdaşlıq var. Ona görə də, istər 907-ci düzəlişlə bağlı, istər Azərbaycan rəsmilərinə qoyulan əsassız qadağlarla bağlı, istər digər məsələlər ilə bağlı Amerika Azərbaycanın tələblərini yerinə yetirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31