Deputatlar Rusiya Federasiyasına səfər edəcəklər
29 Noyabr 2023 15:22 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Milli Məclisin deputatları - Əminə Ağazadə və Sabir Hacıyev noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfərdə məqsəd Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etməkdir.
Səfər dekabrın 2-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31