İlham Əliyev dünyada yüksək liderlik keyfiyyətlərinə malik dövlət başçısı kimi qəbul olunur- ÖZƏL
29 Noyabr 2023 14:45 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada yüksək liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı kimi qəbul olunur. Bu səbəbdən də dövlətimizin başçısının təşəbbüsləri dünyada birmənalı olaraq dəstəklənir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Cənab Prezidentin son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, "Avropa siyasi birliyi" Zirvə toplantısına, Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə yüksələn rolunun əyani göstəricisidir. Bu, həmçinin Prezident İlham Əliyevin şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir".