Zaxarova: Moldovanın Aİ sanksiyalarına qoşulma qərarı Rusiyaya qarşı düşmənçilik addımı kimi hesab edirik - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Aİ sanksiyalarına qoşulmasına cavab verəcəyini vəd edib

Olaylar.az-ın  xəbərinə  görə  Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moldovanın Avropa İttifaqının anti-Rusiya sanksiyalarına qoşulma qərarını düşmənçilik addımı kimi hesab edir və Moskvanın məhdudiyyətlərə cavab verəcəyini vəd edib. Olayların verdiyi xəbərə görə, bu sözləri departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Biz bunu Rusiya-Moldova münasibətlərini pozmağa yönəlmiş növbəti düşmən addımı kimi qiymətləndiririk. Şübhəsiz ki, bizim tərəfdən bu addım cavabsız qalmayacaq", - deyə xanım Zaxarova brifinqdə bildirib.

Departament nümayəndəsinin sözlərinə görə, Kişinyov uduzmuş yerli seçkilərə görə Brüssel qarşısında özünü reabilitasiya etmək üçün anti-Rusiya ritorikasını artırır.

Mariya Zaxarova Moldova prezidenti Maya Sandunun Rusiyanı respublika üçün təhlükə adlandıran sözlərinə də diqqət çəkib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Rusiya "nə Moldova dövləti, nə də dost Moldova xalqı üçün heç bir təhlükə törətmir. Xoşbəxtlikdən Moldova vətəndaşları öz tarixlərini yaxşı bilirlər və öz kimliklərini, mədəniyyətlərini və dillərini qoruyub saxlamağa çalışır. Onlar Moldova dövlətçiliyinin qorunub saxlanmasında və inkişafında Rusiyanın tarixi rolunu da xatırlayırlar. Ona görə də biz əminik ki, Moldova xalqının mədəni və etnik kodunu silmək və onların Rusiya ilə çoxəsrlik əlaqələrini kəsmək cəhdlərinin heç bir faydası yoxdur", deyə Zaxarova əlavə etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31