Qarabağda separatizmin kökü birdəfəlik kəsildi- ÖZƏL
29 Noyabr 2023 13:16 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Müstəqilliyinin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilib. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı ata-baba yurdundan qovulub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, Azərbyacan ərazilərinin Ermənistan silahlılarından boşaldılması ilə bağlı otuz ilə yaxın aparılan danışıqlar təəsüf ki, heç bir nəticə vermədi: "Bu da Ermənistanın işğal faktını qoruyub saxlamaq niyəti ilə bağlı idi. Amma heç vaxt işğal faktı ilə barışmayan Azərbaycan xalqı məhz 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək onun torpaqlarımızdan çıxarılmasına nail oldu. Bununla da 30 ilə yaxın davam edən işğal faktına son qoyuldu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını da ölkəmiz təkbaşına təmin etdi. Bu ilin 19-20 sentyabr tarixlərində isə lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam təmin edildi, separatizmin kökü birdəflik kəsildi, konstitusiya quruluşu bərqərar olundu. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir".