Qərbdəki bəlli çevrələrin Qarabağda məkrli planlarını reallaşdırmaları mümkünsüzdür- ÖZƏL
29 Noyabr 2023 12:02 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə ikincinin təşəbbüsü ilə gerçəkləşən telefon danışığının ardından Xankəndində Qarabağ Universitetinin yaradılması haqda sərəncamın dərci ilk növbədə o deməkdir ki, qərbdəki bəlli çevrələrin oranı tərk edən haylardan alət kimi faydalanaraq bəzi məkrli planlarını reallaşdırmaları mümkünsüzdür". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "ABŞ Dövlət katibinin Azərbaycan Prezidentindən Konqresdəki dinləmələr zamanı həddini aşaraq dövlətimizi hədələyən Ceyms Obraynın Bakıya səfərə gəlməsinə izn verməsini xahiş etməsi də məncə, qarşı tərəfin növbəti basqılarının da öz əleyhlərinə işləməkdən başqa onlara hər hansı divident gətirməyəcəyini anlamalarından xəbər verir. Xatırladaq ki, həmən Obrayn noyabrın 15-də Konqresdəki dinləmədə deyirdi ki, ölkəsinin Azərbaycanla əlaqələri daha həmişəki kimi olmayacaq. Blinkenin telefon zəngi və etdiyi xahiş isə rəsmi Vaşinqtonun elə də yüksək səviyyəli olmayan rəsmisinin dediklərinə rəğmən məhz əlaqələrin həmişəki kimi qalması istəyindən irəli gəlir".