Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət müzakirə ediləcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Olaylar.az-ın məlumatına görə, iclasda Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət müzakirə ediləcək.

Məlumata əsasən, Qəzzada son vəziyyət, Fələstinə humanitar yardımın çatdırılması və terrorla mübarizə əməliyyatları da müzakirə ediləcək mövzular arasındadır.

Bundan əlavə, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə olunacaq. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı prosesə baxılacaq. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31