Azərbaycan nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının üçüncü sessiyasında iştirak edir - FOTO
28 Noyabr 2023 18:49 SiyasətAzərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının üçüncü sessiyasında iştirak edir.
Olaylar.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən üçüncü sessiyasında iştirak edir.
Sessiya çərçivəsində dünya üzrə insanyönümlü "ağıllı" şəhərlərə dair tövsiyə xarakterli beynəlxalq təlimat sənədinin tərtib edilməsi və "UN-Habitat"ın 2026-2029-cu illəri əhatə edəcək strateji planının hazırlanması istiqamətində yol xəritələrinin icrası müzakirə edilir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31