ABŞ həmişə bizim dövlətimizə qarşı qərəzli addımları ilə seçilib - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Mən ABŞ dövlət katibinin zəngini "həyəcan zəngi" kimi qiymətləndirərdim".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Amerika Birləşmiş Ştatları ən yüksək səviyyədə anlamış olmalıdır ki, Azərbaycanla bu tərzdə davranmaq olmaz. Ona görə də, dövlət katibi Azərbaycan prezidentinə zəng edərək, münasibətlərin düzəldilməsinə cəhd göstərir. Yəni, bizim dövlətimiz həmişə ABŞ ilə münasibətlər məsələsində açıq oynayıb, həmişə qarşılıqlı hörmət, bərabərhüquqlu münasibətlərdən yana olduğunu əməllərində göstərib. Təəssüflər olsun ki, ABŞ bu cür davranmır, davranmayıb, Azərbaycana yuxarıdan aşağı baxıb və bizim dövlətimizə qarşı qərəzli addımları ilə seçilib. Buna görə də, Azərbaycan dövləti özünün dövlət ləyaqətini qoruyaraq ABŞ ilə münasibətlərdə bu mərhələyə gəlib çıxıb. Yəni, biz ABŞ ilə müqayisədə kiçik dövlət ola bilərik, imkanlarımız qat-qat az ola bilər. Amma bu o demək deyil ki, ABŞ Azərbaycanla zor dilində danışmalıdır. Blinkenin zəngi məhz bu məsələlərə aydınlıq gətirilməsi baxımından təqdirəlayiqdir. ABŞ dövləti ən yüksək səviyyədə Azərbaycanla qarşıdurmaya deyil, anlaşmaya gərək olduğunu anlamışdım. 
Azərbaycan prezidenti də bu zəng zamanı ABŞ-ın yanlış addımlarını dövlət katibinin nəzərinə çatdırmış, onun qəbuledilməz olduğunu bildirmişdir. O da öz növbəsində Azərbaycanla daha uyğun bir dildə danışmağa və davranmağa hazır olduqlarını bəyan etmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31