ABŞ bu və ya digər formada Azərbaycanı oyunlara qatmaq istəyir-Cümşüd Nuriyev- ÖZƏL
29 Noyabr 2023 07:37 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Türkiyənin belə bir addım atması gözlənilən, həm də inandırıcı idi. Hal- hazırda da ABŞ bu və ya digər formada Azərbaycanı oyunlara qatmaq istəyir. Uzun müddət Türkiyə oyunu quran yox, oyunçu idi. Qarabağ məsələsində Türkiyə də, Azərbaycan da oyunçu yerində qalmadı, oyunu quran dövlətə çevrildi. Bu da təbii ki, Amerikanın maraqlarına uyğun deyil. F-16 da ona görə vermədilər. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlikin dedikləri həqiqətdir." Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib." Amerikanın kluarlarında da, mətbuatında da ermənilərin təzyiqi ilə belə şeylərin olduğu etiraf olunur. Ermənilər də bunu yaxşı bilirlər, amma Ankara öz sözünü geri götürmədi və bütün hallarda Ankara Azərbaycanın yanında oldu. Ərdoğan da çox gözəl bilir ki, 44 günlük müharibədə Azərbaycan ordusu, Azərbaycanın hazırlığı, bu müharibəyə uzun müddət hazırlaşması və eyni zamanda türkiyəli zabitlərin Azərbaycan əsgərini hazırlaması böyük rol oynadı. Təbii ki, bizə Türkiyə ilə bərabər Pakistan kimi nüvə dövləti dəstək verdi, İsrail dəstək verdi. Bunu biz unuda bilmərik. Amerikanın belə bir addım atmağı, tələbi daha doğrusu artıq öz hegemon gücünün tükənməsinə dəlalət edir. O boyda bir dövlət gör Azərbaycana təzyiq etmək üçün hansı şantajlara əl atır. Bu Amerikaya başucalığı gətirmir. Amerika yaxşı olar ki, bir az oturub fikirləşsin, xarici strategiyalarına yaxşı baxsın. O cümlədən də, Qafqazla bağlı fikirlərində də bir məsələni gündəmə gətirməlidirlər. O ki qaldı yardım məsələsinə, Azərbaycana Amerika heç zaman yardım etməyib, baxmayaraq ki, bizim ən ağır zamanlarda nə qədər məcburi köçkünümüz var idi. Azərbaycan zaman-zaman bu məsələləri özü həll edib, problemlərin altından özü tək çıxıb. İnşallah yenə də Amerikanın yaratmaq istədiyi nəsə varsa, bu problemlərin də altından qalxacağıq. Bütün hallarda Türkiyənin belə bir addım atması təqdirə layiqdir və biz qardaş Türkiyənin bu addımı atdığına görə AKP-nin rəhbərliyinə bir vətəndaş olaraq minnətdarlığımı bildirirəm. Eyni zamanda bu Azərbaycan xalqının ürəyindədir, biz heç bir zaman bizə olunan yaxşılığı unutmayacağıq. ABŞ bilməlidir ki, biz 10 milyonluq dövlət olsaq da, bizə olunan pisliyi də unutmuruq.