Azərbaycan beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir- ÖZƏL

"Ölkəmiz beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyevin sözlərinə görə, müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır: "Ölkə Prezidenti İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir. Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31